Oman xarici işlər nazirinin müavini Zərif ilə görüşüb
-
Oman xarici işlər nazirinin müavini Zərif ilə görüşüb
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif region olayları ilə bağlı Omanın konstruktuv rolunu alqışlayıb və deyib: Omanın tədbirli davranışı bu ölkənin regiondakı rolunun artmasına səbəb olub.
İRİB-nin məlumatına görə, Omanın xarici işlər nazirinin müavini bazar ertəsi Tehranda İranın xarici işlər naziri görüşüb.
Zərif bu görüşdə deyib: İran və Oman ikitərəfli əlaqələrin genişləndirilməsi üçün bir çox potensiallara malikdirlər və iki ölkə arasındakı siyasi əlaqələr çox yüksək səviyyədədir.
Zərif əlavə edib: İqtisadiyyat və ticarət sahəsində əməkdaşlıqların genişlndirilməsi üçün münasib zəminlər mövcuddur və hər iki ölkə bu istiqamətdə yaxşı addımlar ata bilər.
Oman xarici işlər nazirinin müavini Əli bin Əhməd əl-İsayi də bu görüşdə müxtəlif məsələlərlə bağlı iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsinə təkid edib və əlaqələrin xüsusilə iqtisadiyyat sahəsində daha da genişlənməsini istəyib.