Amerika hərəkətinin cavabını alacaq
İran İslam Şurası Məclisinin sədri ABŞ Konqresində İran əleyhinə tətbiq olunan qanunlar barəsində deyib: ABŞ mütləq öz hərəkətinin cavabını alacaq.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Laricani bazar ertəsi günü parlamentin plenar iclasında ABŞ Konqresinin qərarları ilə əlaqədar deyib: Amerikalılar diplomatik davranışlar baxımından passivliklə üzləşiblər və qarşılaşdıqları vəziyyətdən çıxmaq üçün uşaqcasına qərarlarla bu vəziyyətdən çıxmağa çalışırlar.
Laricani əlavə edib: ABŞ Konqresinin çıxardığı və keçmişlə əlaqədar olan qərarlar İslami İranın əmlakına əl qoymağa çalışmaqdır.
İran İslam Şurası Məclisinin sədri deyib: Amerikalılar öz məhkəmələrində müxtəlif adlarla iddia edirlər. Amerikalıların etdiyi iş zalımların işidir və İranın əmlakını yanlış bəhanə ilə oğurlamaq qəbulediləsi deyildir və onlara mütləq sərt cavab veriləcək.