Yan 01, 2016 08:50 Asia/Baku
  • İranın müdafiə nazirinin ölkə prezidentinin mühüm göstərişinə cavabı
    İranın müdafiə nazirinin ölkə prezidentinin mühüm göstərişinə cavabı

İanın müdafə naziri deyib ki, İranın raket qüdrətinin artırılması qüdrətlə davam edəcək.

İanın müdafə naziri general-mayor pasdar Hüseyn Dehqan İran İslam Respublikası prezidentinin "silahlı qüvvələrə lazım olan müxtəlif raketlərin istehsalı proqramınının daha artıq sürət və ciddiliklə davam etdirilməsi" barədəki göstərişinə cavabda İranın raket qüdrətinin İranın müdafiə siyasətləri çərçivəsində inkişaf etdirilməsininin qüdrətlə davam etdiriləcəyini vurğulayaraq, deyib ki, İranın Müdafiə Nazirliyi hər bir təhdidə münasib olaraq, müdaifə təchizat və vasitələrini konstruksiya və istehsal edəcək.

İanın müdafə naziri əlavə edib: İranın raket qüdrəti heç vaxt amerikalı tərəf ilə müzakirə predmeti olmayıb və olmayacaq da və müdafiə ballistik raketlərin konstruksiyası və istehsalı proqramında heç bir dayanma yaranmayacaq.

ISNA-nın məlumatına görə, general-mayor pasdar Hüseyn Dehqan vurğulayıb ki, İran İslam Respublikasının müdafiə qüdrəti regionun sabitliyi və təhlükəsizliyinə bir zamindir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani cümə axşamı günü Amerikanın düşmənçilik siyasətlərinin davam etməsi, onun İranın müdafiə qüdrətinin gücləndirilməsi haqqına qanunsuz müdaxiləsi və öncəki zalımcasına sanksiyalar siyahısına yeni şəxs və müəssisələrin əlavə olunmasına reaksiyada İranın müdafiə nazirinə ünvanlandığı bir hökmdə nazirlikdən istəyib ki, qəbul olunmuş müdafiə siyasətləri çərçivəsində silahlı qüvvələrə lazım olan müxtəlif raketlərin istehsalı proqramını daha artıq sürət və ciddiliklə davam etdirsin.

Teqlər