Brucerdi: Şeyx Nəmrin şəhid edilməsi Ali-Səud rejiminin yolunun sonudur
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi deyib: Ərəbistanın tanınmış şiə alimi Şeyx Nəmr Baqir əl-Nəmr barədə çıxarılmış edam hökmünün icra və onun şəhid edilməsi Al-Səud rejiminin sonu deməkdir.
Əlaəddin Brucerdi həmçinin deyib: Şeyx Nəmrin şəhid edilməsi Ərəbistanda xalq etirazlarının yeni dövrünün başlanğıcı olacaq və tarixi təcrübələrdə bunu deməyə əsas verir ki, din alimlərinə qarşı zorakılıq, səbəbkarları üçün məğlubiyyət və məhvdən başqa bir nəticə verməyib.
Brucerdi əlavə edib: Şeyx Nemr və onlarla digər müxalifin Al-Səud rejimi tərəfindən edam edilməsi bir daha sübut etdi ki, Ərəbistan hökuməti din alimlərinə hörmət, azadlıq və digər prinsiplərə heç bir əhəmiyyət vermir və ölkədə tam bir diktatorluq hökm sürür.
Ərəbistanın Daxili İşlər Nazirliyi bu gün bir bəyanat yayaraq, tanınmış şiə alim Şeyx Nəmr Baqir əl-Nəmr barədə çıxarılan edam hökmünün icra edildiyini bildirib.