Yan 02, 2016 19:29 Asia/Baku
  • Ərəbistanın şiə ruhanisinin edam olunmasına reaksiyalar
    Ərəbistanın şiə ruhanisinin edam olunmasına reaksiyalar

İranın təqlid mərcələri, alimlər, millət vəkilləri, Xarici İşlər Nazirliyi və siyasi fəalları Ərəbistanın cinayətini pisləyiblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, böyük təqlid mərcələri ayrı-ayrılıqda müraciətlər verərək bu faciəvi cinayəti pisləməklə yanaşı islam dünyasının bütün alimlərini tədrisin dayandırıldığını elan etməklə əsas bazası Ali-Səud olan təkfirçiliyin kökünün qurudulması üçün çarə tapmağa çağırıblar.

Ayətullah Safi Qolpayeqani və Ayətullah Məkarim Şirazi Ali-Səudun bu cinayətini pisləyərək deyib: İslam dünyası Şeyx Nimrin intiqamını alacaq.

İranın qərbində Piranşəhrin sünni imam camaatı da Şeyx Nimrin edam edilməsini pisləyərək deyib: Şeyx Nimrin edam edilməsi islam dünyasının Ali-Səuda nifrət etməsi ilə nəticələnəcək.

İranın Rəhbərlik Xobrəqan Məclisinin üzvü Ayətullah Əhməd Xatəmi də deyib: Ərəbistan şiələri Şeyx Nimrin edam olunması ilə Ali-Səudun gününü qara edəcəklər.

Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyətinin üzvü Ayətullah Abbas Kəəbi Şeyx Nimrin edam olunmasına reaksiyada deyib: ABŞ, sionist rejim və Ali-Səuda qarşı islami oyanış repressiya ediləsi deyildir və Şeyx Nimrin edam edilməsi Ali-Səudun acizliyini göstərir.

Həmçinin Qum Dini Elmlər Hövzəsi Şeyx Nimrin edam olunması ardınca sabah fəaliyyətini dayandıracaq və tələbələr və alimlər Qumun Əzəm məscidində toplaşacaqlar.

Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyəti Ayətullah Şeyx Nimr Baqir əl-Nimrin şəhid olmasının ardınca bir bəyanatda bildirib: Ərəbistan şiələrinin rəhbərinin qanı səudiyyəli başçıların sonuna çıxacaqdır.

İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi Ərəbistanın dəlilik etdiyini bildirərək deyib: Ali-Səudun məzhəb haqq-hesab çürütməsi ən ağır tarixi soyqırımıdır.

Teqlər