İran və Əfqanıstanın ticarət dövriyyəsi; 2,5 milyard dollar
-
İran və Əfqanıstanın ticarət dövriyyəsi; 2,5 milyard dollar
İranın vitse-prezidenti İshaq Cahangiri deyib: Tehran və Kabil arasında yaxşı ticarət əlaqələri vardır və ticarət dövriyyəsi 2,5 milyard dollardan çoxdur.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın vitse-prezidenti və Əfqanıstanın Milli Birlik hökumətinin icra rəhbəri 2 saat yarım təkbətək və birgə görüşdən sonra jurnalistlərin qarşısına çıxıblar.
İslam dünyasının terrorizm və radikallıqla bağlı problemlərinə münasibət bildirən Cahangirinin sözlərinə görə, bu məsələ qonşu ölkələr arasında regional əməkdaşlıq və terrorçularla mübarizəyə ehtiyaclıdır.
İranın vitse-prezidenti həmçinin Çabəhar limanını İran və Əfqanıstanın iqtisadi əlaqələrinin yüksəldilməsi üçün yaxşı fürsət adlandırıb və əlavə edib: Əfqanıstan öz tranzit məhsulları üçün bu fürsətdən maksimum dərəcədə yararlana bilər.
Cahangiri İranda əfqan məktəblilərin təhsili sahəsində də əlavə edib: Bu şərait hazırda yaradılmışdır və əfqan məktəblilər İranda təhsillərini davam etdirə bilərlər.
İki ölkənin əsas problemlərindən birini narkotik maddələrlə mübarizə məsələsi adlandıran Cahangiri əlavə edib: İran İslam Respublikası narkotik maddələrin qaçaqçılığı ilə mübarizədə aktiv rola malikdir və Əfqanıstan hökuməti də bu məsələdə çox ciddidir.
Əfqanıstan Milli Birlik hökumətinin icraiyyə rəhbəri Abdulla Abdulla iki ölkənin tarixi əlaqələr keçmişinə toxunaraq cihad və müqavimət dövründə Əfqanıstanın məzlum vətəndaşların, Əfqanıstan hökumətinin təsis olunduğu zaman, bu ölkənin bərpası, əfqanların təlimi, səhiyyə, yolların çəkilməsi, texniki, mühəndislik, təhlükəsizlik və terrorizmlə mübarizə əməkdaşlıqlarındakı yardımlarına görə İran İslam Respublikasına təşəkkür edib.