Yan 07, 2016 10:15 Asia/Baku
  • Çin prezidenti İrana gəlir
    Çin prezidenti İrana gəlir

Çin Xalq Respublikası prezidenti Şi Cin Pinq İran İslam Respublikası prezidentinin rəsmi dəvəti ilə yüksək səviyyəli siyasi-iqtisadi bir heyətin başında Tehrana səfər edəcək.

İRNA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyində məlumatlı bir mənbə çərşənbə günü bu barədə xəbər verib və deyib: İki ölkə arasında müxtəlif məsələlərlə bağlı protokolların yekunlaşdırılması və hazırlıq işlərinin başa çatdırılmasının ardınca Çin prezidentinin İrana olacaq səfərinin dəqiq tarixi elan olunacaq.

Bu ilk dəfədir ki, Çin Xalq Respublikası prezidenti İrana səfər edəcək.

Analitiklər bu səfəri iki ölkə əlaqələrində önəmli bir dövrün başlanğıcı hesab edirlər.

Teqlər