İraq xarici işlər naziri İran prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i203247-İraq_xarici_işlər_naziri_İran_prezidenti_ilə_görüşüb
İran İslam Respublikası prezidenti deyib: İraqda milli birliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması və abadlıq işlərinin görülməsini önəmli adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2016 09:39 Asia/Baku
  • İraq xarici işlər naziri İran prezidenti ilə görüşüb
    İraq xarici işlər naziri İran prezidenti ilə görüşüb

İran İslam Respublikası prezidenti deyib: İraqda milli birliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması və abadlıq işlərinin görülməsini önəmli adlandırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehranda İraqın xarici işlər naziri İbrahim Cəfəri ilə görüşdə İraq xalqı, ordusu və dövlətinin terrorizm ilə mübarizədəki uğurlarının davam etməsindən razılıq edərək, deyib: İraqda təhlükəsizlik və dostluq nə qədər güclü olarsa, İran xalqı və dövləti üçün bir o qədər sevindiricidir.

İran İslam Respublikası prezidenti həmçinin Ərəbistan dövlətinin tanınmış şiə ruhani Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsi üzrə son rəftarını regionda ixtilafların və təfriqənin güclənməsinə səbəb olan bir addım adlandırıb və deyib: İran İslam Respublikasının xarici siyasəti qonşu və region ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, regional əməkdaşlıqlaırn genişləndirilməsi və sabitliyin təmin edilməsi istiqamətindədir.

Həsən Ruhani İran İslam Respublikasının heç vaxt regionda gərginlik və böhranın artırılması ardınca olmadığını vurğulaıb və deyib: İran daim region ölkələri arasına birlik, həmrəylik və əməkdaşlıqların genişləndirilməsinə çalışır.

İran prezidenti həmçinin deyib: Bu gün regionda terrorizm ilə mübarizə aparmaq üçün region ölkələri arasında birlik və həmrəyliyə böyük bir ehtiyacın yarandığı halda, tələsik, məsuliyyətsiz və təhrikedici qərarların qəbul edilməsi gərginliyin daha da artmasına səbəb olur ki, bu da bütün region ölkələrinin zərərinədir.

Ruhani İran İslam Respublikasının İslam ölkələri arasında ixtilafların azaldılmasına və birliyin möhkəmləndirlməsinə çalışdığını deyərək, əlavə edib: İran İslam Respublikası heç vaxt heç bir region ölkəsinin maraqlarına qarşı yönəlmiş addım atmayıb və daim məntiq və qardaşlıq prinsiplərinə təkid edərək, əməkdaşlıqlar və əlaqələrin genişləndirilməsini İslam ölkələri və region xalqlarının mənafeyinə uyğun hesab edib.

İraqın xarici işlər naziri İbrahim Cəfəri də bu görüşdə Tehran-Bağdad münasibətlərinin inkişafı prosesinin sürətləndirilməsinə təkid edərək, iki ölkə rəsmilərinin ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı əlaqələrin daha da yaxşılaşdırılması istiqamətindəki səylərinə təkid edib.

İbrahim Cəfəri İran İslam Respublikasının regional və beynəlxalq məsələlər ilə bağlı siyasətlərinin daim tədbir və məntiq ilə yanaşı olduğuna təkid edərək, deyib: İranın güclü siyasəti və diplomoatiyası daim səbir və şücaət ilə yanaşı olub və alqışalayiqdir.