Borucerdi: Nüvə anlaşması yanvarın ortalarınadək icra olunacaq
İran İslam Respublikası İslam Şurası Məclisnin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib ki, nüvə anlaşması yanvarın ortalarınadək icra olunacaq.
İran İslam Respublikası İslam Şurası Məclisnin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Borucerdi şənbə günü məclisin xəbər agentliyi ilə müsahibədə əlavə edib: Nüvə anlaşmasının icrasının dəqiq zamanı qarşı tərəfin öz öhdəliklərini icra etməsi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən təsdiq olıunmasından asılıdır.
Borucerdi söyləyib: Nüvə anlaşmasına əsasən, İran "Fordo" və "Nətənz" nüvə təsisatlarında ilkin işləri görməli və Ərak reaktorunun mərkəzi hissəsi də dəyişdirilməli və rekonstruksiya olunmalıdır.
İran İslam Respublikası İslam Şurası Məclisnin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İran ilə Rusiya arasında zənginləşdirilmiş uranın sarı kekslə dəyişdirilməsi barədə də deyib ki, bu addım İranın nüvə anlaşmasının icrasındakı öhdəliklərindəndir.
Deyilənlərə görə, real surətdə sanksiyaların ləğvi ilə həyata keçəcək nüvə anlaşmasının yekun mərhələsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun İranın keçmiş və hazırkı nüvə fəaliyyətləri haqdakı yekun hesabatının yayılmasından asılıdır.
Amanonun yekun hesabatında nüvə anlaşmasına əsasən İranın addımlarının təsdiqlənməsi və Qərbin İranın nüvə fəaliyyətləri haqda yaratdığı saxta qaranlıq cəhətlərin aradan qaldırılması ilə nüvə anlaşması real surətdə icra mərhələsinə daxil olacaqdır.