Yan 09, 2016 19:00 Asia/Baku
  • Dünya Bankı İranın neft hasilatının artacağını proqnoz edib
    Dünya Bankı İranın neft hasilatının artacağını proqnoz edib

Dünya Bankı dünyanın 2016-cı il iqtisadi perspektivi barədəki məlumatında bildirib ki, nüvə anlaşması cari ildə İranın neft hasilatının artmasına kömək edəcək.

IRIB-nin məlumatına görə, Dünya Bankı bu məlumatda bildirib ki, nüvə anlaşmasının icrasının ardınca İrana qarşı sanksiyaların ləğvi cari ildə İran neftinin ixracatını gündə beş yüz min-yeddi yüz min barrel artıracaq və belə olan halda İranın neft ixracatının miqdarı bu ölkənin sanksiyalardan öncəki ixracat miqdarına yaxınlaşacaqdır.

Dünya Bankı öz məlumatının digər bir hissəsində vurğulayıb ki, İrana qarşı sanksiyaların ləğvi ilə nəticələnəcək İran ilə altılıq arasındakı nüvə anlaşması Yaxın Şərqdə və Afrikanın şimalında iqtisadi inkişafı yüksəldəcəkdir.

Bu maliyyə müəssisəsi əlavə edib: Neft qiymətlərinin aşağı düşməsinə rəğmən, 2016-2018-ci illərdə regionda iqtisadi inkişaf beş faizdən çox artacaq və bu artımın əsası da regionda inkişaf etməkdə olan ən böyük iqtisadiyyat sayılan İran İslam Respublikasında nəzərəçarpacaq iqtisadi dirçəlişdir.

Teqlər