Yan 10, 2016 13:16 Asia/Baku
  • Laricani: ABŞ-ın son rəftarları nüvə anlaşmasına ziddir

İran İslam Şurası Məclisinin sədri ABŞ-ın İran əleyhinə olan son hərəkətlərinin nüvə anlaşması ilə təzadda olduğunu bildirib.

İRİB-nin verdiyi məlumata görə, Əli Laricani bu gün İslam Şurası Məclisinin plenar iclasında deyib: Əgər ABŞ dövləti qərarların çıxardılmasında vahid mövqe və struktura malik deyilsə, bunun bədəlini digər ölkələr ödəməməlidirlər.

ABŞ-ın son rəftarlarının nüvə an laşmasına zidd olduğunu deyən Əli Laricani İran İslam Respublikasının qarşılıqlı addımlar atacağını vurğulayıb.

İran Parlamentinin sədri son günlər dünyada cərəyan edən olayların İranın milli maraqları və təhlükəsizliyi ilə əlaqələrinə işarə edərək, deyib: Səudiyyəlilərin İran ilə düşmənçiliyi hələ qədim zamanlardan mövcud olub və Ərəbistanın Yəməndə İran səfirliyinə hücum etməsi onların siyasi rəftarından qaynaqlanır.

Teqlər