Yan 12, 2016 08:24 Asia/Baku
  • Laricani: Səudiyyə dövləti strateji səhvlər edir
    Laricani: Səudiyyə dövləti strateji səhvlər edir

İran İslam Şurası Məclisnin sədri deyib ki, Ali-Səud başçıları özləri barədə regionda yaratdıqları yanlış təsəvvürü qabaqgəlmişliklə aradan götürməyə çalışırlar.

IRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisnin sədri Əli Laricani bazar ertəsi günü Müqəddəs Müdafiə Əsərlərinin Qorunması və Yayımı Müəssisəsinin baş müdirləri ilə görüşdə səudiyyə başçılarına xitabən əlavə edib: Siz regiondakı təsvirinizi düzəltməlisiniz, zira Suriyada terrorçulara kömək və Yəməndə böyük bir xalqın infrastrukturlarını məhv etdiniz.

Laricani vurğulayıb ki, Ali-Səud digər bir yanlış nəzəriyyə tərif etmək yox, öz səhvlərini düzəltməlidir.

İran İslam Şurası Məclisnin sədri əlavə edib: Ali-Səud rejimi öz hərəkətləri ilə müsəlman qüvvələr arasında eroziya yaradır və bir müsəlman ölkənin öz bütün enerjisini digər bir müsəlman ölkəni dağıtmağa sərf etməsi sionistlərin xeyrinədir.

İranın qanunvericilik hakimiyyətinin sədri bildirib ki, İran islami ölkələr üçün məsuliyyət hissi keçirir və İslam ümmətinin taleyindən nigarandır.

Teqlər