İranlı fizik Bukalter kosmologiya mükafatını alıb
https://azeri.sahartv.ir/news/İran-i204237-İranlı_fizik_bukalter_kosmologiya_mükafatını_alıb
Kanadanın Vaterloy Universitetinin Fizika və Astronomiya şöbəsinin müəllimi və Primiter Nəzəri Fizika İnstitutunun iranlı fiziki üçüncü Bukalter kosmologiya mükafatını alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2016 04:56 Asia/Baku
  • Niyayeş Əfşordi
    Niyayeş Əfşordi

Kanadanın Vaterloy Universitetinin Fizika və Astronomiya şöbəsinin müəllimi və Primiter Nəzəri Fizika İnstitutunun iranlı fiziki üçüncü Bukalter kosmologiya mükafatını alıb.

IRIB-nin İran Fizika Cəmiyyətinə istinadlı məlumatına görə, Niyayeş Əfşordi bu mükafatı Eliot Nelsonla yanaşı bir məqalədə kosmologiya sahəsindəki araşdırmalarına görə alıb.

İllik Bukalter mükafatı kosmologiya və astrofizika sahələrində yeni nəzəriyyələr üzrə tədqiqatçılara verilir.

Əfşordi Tehran Əllamə Helli adına Parlaq İstedadlar Orta Məktəbinin məzunu və 1996-cı il fizika üzrə beynəlxalq olimpiadanın gümüş medalçısıdır.

İranlı fizik öz ali təhsilini Tehranda Şərif Sənaye Universitetində fizika ixtisası üzrə bitirib.

Bu iranlı fizik bundan öncə də 2008-ci ildə Hindistan Astronomiya Cəmiyyətindən, Kanadanın Ontarivi Tədqiqat və İnnovasiya Nazirliyindən mükafatlar və Kanada Təbii Elmlər və Mühəndislik üzrə Araşdırma Şurasının Kəşfiyyat üzrə Sürətləndirici Kompleksindən mükafatlar alıbdır.