Yan 15, 2016 12:27 Asia/Baku
  • Laricani: Səudiyyəlilər nüvə anlaşmasının icrasına mane oldular
    Laricani: Səudiyyəlilər nüvə anlaşmasının icrasına mane oldular

İran İslam Şurası Məclisinin sədri deyib: Nüvə müzakirələrinin nəticəyə çatmasından sonra səudiyyəlilər neftin qiymətini aşağı saldılar ki, İran nüvə anlaşmasından mənfəət qazanmasın.

Mehr xəbər agentliyinin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani cümə axşamı günü Qum şəhərində nüvə anlaşmasının nəticəyə çatması haqda əlavə edib: İranda nüvə məsələsinin nəticəyə çatması düzgün bir iş idi, zira İran nüvə elmini əldə edib və nüvə silahının istehsalı ardınca deyil.

"Bəzi amillər nüvə müzakirələrinin düzgün irəliləməsinə qoymurdular" deyən Laricani əlavə edib: Ərəbistan kimi ölkələr müzakirələr istiqamətində sabotaj törədir və bəzi ölkələri bu işin icra olunmamasına təşviq edirdilər.

İranın qanunvericilik hakimiyyətinin sədri deyib: Müzakirələr yekun razılaşmayadək irəlilədi, amma nüvə müzakirələrinin ortalarında səudiyyəlilər qərara aldılar ki, neftin qiymətini aşağı salsınlar və bu əsasda neftin 110 dollarlıq qiyməti 30 dollaradək azaldı.

İran İslam Şurası Məclisinin sədri vurğulayıb: Müzakirələrin nəticəyə çatmasından sonra səudiyyəlilər neftin qiymətini o qədər endirdilər ki, İran nüvə anlaşmasından mənfəət qazanmasın və onlar Şeyx Nimir Baqir Əl-Nimirin şəhadəti ilə regionda yeni məsələlər yaratdılar.

Teqlər