Tehranın cümə namazı xütbələri
Tehranın cümə namazı xitabətçisi İranın nüvə proqramı üzrə məsul şəxslərinə belə tövsiyə edib: Ehtiyatlı olun ki, sanksiyaların başa çatması və nüvə anlaşmasının icrası günlərində qarşı tərəf əhdi pozmasın.
Tehranın cümə namazı xitabətçisi Ayətullah Məhəmməd Əli Muvəhhedi Kermani Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin Ərak Ağır Su Reaktoru daxil olmaqla İranın nüvə təsisatlarında döğruluğu yoxlama əməliyyatına işarə edərək, əlavə edib: Qarşı tərəfə artıqtələblik icazəsi verilməməlidir.
Ayətullah Muvəhhedi Kermani amerikalı dəniz piyadalarını daşıyan qayığın İranın Fars Körfəzindəki sularına qanunsuz surətdə daxil olması haqda isə deyib ki, Sepah-ın dəniz qüvvələri şücaətlə amerikalı qüvvələri həbs edərək, qüdrət göstəriblər.
Ayətullah Muvəhhedi Kermani ərəbistanlı şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimrin edamı barədə də deyib: Bu mübariz ruhanin fəryadları həmişə qalacaq və Ali-Səud rejimi süqut edəcəkdir.