Yan 17, 2016 12:11 Asia/Baku
  • Laricani: Bu gün xalqın iradəsinin təzahürü günüdür
    Laricani: Bu gün xalqın iradəsinin təzahürü günüdür

İran İslam Şurası Məclisinin sədri nüvə məsələsinin həlli üçün İslam İnqilabının Böyük Rəhbərinin müdrik bələdçiliyini alqışlayıb və deyib: Bu gün İran xalqının iradəsinin çox yaxşı təzahür gündür.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün bazar günü parlamentin plenar iclasında prezident, xarici işlər naziri və nüvə müzakirələrinin sona çatması üçün çoxlu səylər göstərən nüvə müzakirə komandasını alqışlayıb.

İslam Şurası Məclisinin sədri ümidvarlıq edib ki, münasib addımların atılması ilə İranda istehsal və investisiyanın çiçəklənməsinə yeni şərait yaranacaq və İran üçün yeni dövr başlanacaq.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini müştərək bəyanatda 16 yanvarı Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası günü elan ediblər.

Bu bəyanata əsasən, İranın nüvə proqramı ilə əlaqədar maliyyə, iqtisadi və çoxtərəfli sanksiyalar nüvə anlaşmasına uyğun olaraq ləğv olunur və Avropa Birliyi, 5+1 qrupu və İran nüvə anlaşması çərçivəsində nüvə enerjisindən sülhməramlı istifadələr sahəsində əməkdaşlıq edəcəklər.

Teqlər