Dünyanın ən böyük bankı şöbə açmaq üçün İrana müraciət edib
https://azeri.sahartv.ir/news/İran-i205056-dünyanın_ən_böyük_bankı_şöbə_açmaq_üçün_İrana_müraciət_edib
Dünyanın ən böyük bankı olan Çinin ICBC bankı İranda şöbə təsis etmək istəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2016 16:25 Asia/Baku
  • Dünyanın ən böyük bankı şöbə açmaq üçün İrana müraciət edib
    Dünyanın ən böyük bankı şöbə açmaq üçün İrana müraciət edib

Dünyanın ən böyük bankı olan Çinin ICBC bankı İranda şöbə təsis etmək istəyir.

İranın Mərkəzi Bankının Beynəlxalq Məsələlər Şöbəsinin baş müdiri Hüseyn Yəqubi Miyab deyib: Maliyyə və sərmayə baxımından ən böyük bank sayılan bu bank İranda və Kiş Azad Ticarət Məntəqəsində şöbə və müstəqil bank açmaq istəyir.

İran-Çin Müştərək Ticarət Otağının sədri Əsədullah Əsgər Ouladi də mübadilələrin əlli milyard dollaradək artırılması üçün proqramlaşdırılmanın aparılmasından xəbər verib.

Əsgər Ouladi bildirib: Çin prezidenti on dörd ildən sonra şənbə günü İrana daxil olacaq ki, bu səfərin iqtisadi və siyasi əlaqələrə böyük təsiri vardır və 5+1 qrupu ilə müzakirələrdəki himayəsinə görə, Çinə təşəkkür edirik.