Yan 22, 2016 10:40 Asia/Baku
  • İran xarici işlər naziri Davosda məsləhətləşmələr aparıb
    İran xarici işlər naziri Davosda məsləhətləşmələr aparıb

İran xarici işlər naziri Suriya böhranının həlli üçün ən yaxşı həll yolunu suriyalı-suriyalı danışıqlar adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İran Xarici İşlər Nazirliyinin İctimai və Media Diplomatiya İdarəsinə istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT baş katibinin Suriya məsələləri üzrə nümayəndəsi Stefan De Misturanın da iştirak etdiyi Suriya böhranının müxtəlif cəhətlərinin araşdırılması iclasında bildirib: Suriya böhranının hərbi həll yolu yoxdur.

İran xarici işlər naziri bir tərəfdən terror şəbəkələri və narkotik maddələrin qaçaqçılığı ilə məşğul olan qrupların sıx və yaxın əlaqələri və İŞİD-in bu prosesdən sui-istifadə etməsini, digər tərəfdən isə firqə çəkişmələri beynəlxalq ictimaiyyətin bu günü gündən artan təhdidlə ciddi və kollektiv mübarizəsini vurğulayıb.

Məhəmməd Cavad Zərif həmçinin çərşənbə günü Davosda Beynəlxalq İqtisadiyyat Assambleyasının Əmək Şurasının iclasında deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramından sonrakı atmosferdə İranla anlaşmanın yeni səhifəsinin açılması üçün misilsiz fürsətlər yaranmışdır.

Teqlər