Laricani: Terrorizmlə mübarizədə islam ölkələri arasında yaxşı həmrəylik yaranıb
https://azeri.sahartv.ir/news/İran-i205765-laricani_terrorizmlə_mübarizədə_islam_ölkələri_arasında_yaxşı_həmrəylik_yaranıb
İran İslam Şurası Məclisinin sədri deyib: Terrorizmlə mübarizə üçün islam ölkələri arasında yaxşı həmrəylik yaranıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2016 06:53 Asia/Baku
  • Laricani: Terrorizmlə mübarizədə islam ölkələri arasında yaxşı həmrəylik yaranıb
    Laricani: Terrorizmlə mübarizədə islam ölkələri arasında yaxşı həmrəylik yaranıb

İran İslam Şurası Məclisinin sədri deyib: Terrorizmlə mübarizə üçün islam ölkələri arasında yaxşı həmrəylik yaranıb.

Səhər Beynəlxalq Televiziyasının İran parlamentinin informasiya agentliyinə istinadla verdiyi məlumata görə, çərşənbə günü İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 11-ci Parlamentlərarası Birliyinin Bağdad iclasından dönən Əli Laricani Tehranda jurnalistlərə verdiyi açıqlamada deyib: Bu iclasın Bağdadda keçirilməsi İraqın güclü zərbə almasından sonra hal-hazırda bu ölkənin ən azı bir çox hissələrində təhlükəsizliyin tam şəkildə olduğunu əks etdirirdi.

Laricani xatırladıb: İƏT-ə üzv ölkələrin Parlamentlərarası Birliyinin iclasında terrorizmlə və islam ölkələrində olan böhranlarla əlaqədar müxtəlif məsələlər araşdırıldı və təxminən terrorizmlə mübarizədə yaxşı həmrəylik yarandı.