İran xalqı başıucalıqla eniş-yoxuşları arxada qoyub
İran İslam Şurası Məclisinin sədr əvəzi deyib ki, İran xalqı illər boyu Amerikanın və dünyanın zalım qüvvələrinin fitnələri qarşısında qalib olub və başıucalıqla eniş-yoxuşları arxada qoyubdur.
IRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədr əvəzi höccətulislam vəlmüslimin Məhəmməd Həsən Əbuturabifərd çərşənbə axşamı günü məclisin açıq iclasında vurğulayıb: İran xalqı sanksiyalar qarşısında müqavimət göstərərək, İslam İnqilabı tarixində qızıl səhifə yaratdı ki, İran xalqının dəyanətə və aqilliyə əsaslanan bu müqavimətinin qədrini bilmək gərəkdir.
Əbuturabifərd ümidvarlıq edib ki, İran xalqı 22 bəhmən-11 fevralda da bu aqillik, müqavimət və imanı bir daha nümayiş etdirəcək və özünün inqilab və rəhbərliklə qırılmaz bağlılığını dünya xalqlarının gözləri qarşısında fəryad edəcək.
İran İslam Şurası Məclisinin sədr əvəzi həmçinin deyib: Bu gün İraq, Suriya, Bəhreyn, Yəmən və sair ölkələr daxil olmaqla bütün dünyada islami müqavimət dünyanın zalım qüvvələri qarşısında sıxıılmış bir yumruq və böyük bir qüdrətə çevrilibdir.