Səfir: “İran Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə həllinin tərəfdarıdır”
Fev 10, 2016 09:49 Asia/Baku
-
Səfir: “İran Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə həllinin tərəfdarıdır”
İran Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə tənzimlənməsinin tərəfdarıdır.
APA-nın “armenpress.com” saytına istinadən verdiyi xəbərə görə, bunu İranın Ermənistandakı səfiri Seyid Kazem Sacadi bildirib. “Hər zaman bəyan etmişik ki, problem dialoq yolu ilə həll edilməlidir. İran həmişə dialoq tərəfdarı olub”,- deyə o, söyləyib.
Diplomat qeyd edib ki, nüvə proqramı ilə bağlı aparılan danışıqlar da İran problemlərin dialoq yolu ilə həll edilə biləcəyini göstərdi.
Teqlər