Salehi: İslam; İran xalqının başıucalığıdır
İranın Atom Enerjisi Təşkilatının sədri İslamı İran xalqının başıucalığı amili adlandırıb.
Mehr xəbər agentliyinin məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi 22 bəhmən yürüşü iştirakçıları qarşısında əlavə edib: İran xalqı 37 il bundan öncə İslam zəminində hərəkətə başladı.
Salehi həmçinin Ərak Ağır Su Reaktorunun son vəziyyəti barədə bildirib ki, qarşıdakı üç-dörd il ərzində Ərak Ağır Su Reaktoru istifadəyə veriləcək.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi də tehranlı 22 bəhmən yürüşçüləri arasında olaraq, deyib ki, 22 bəhmən haqqın nahaq üzərində qələbəsi və zülm ilə mübarizə günüdür.
Kəmalvəndi nüvə anlaşmasına və onun yanvarın ortalrından icra olunmasına işarə edərək, əlavə edib: İran nüvə anlaşması gedişində texniki sahədə istədiyinə nail oldu və nüvə sənayesi üçün bir məhdudiyyəti yoxdur.
Bu gün, cümə axşamı, 22 bəhmən-11 fevral, İran İslam İnqilabının qələbəsinin 37-ci ildönümü günüdür.
İran İslam İnqilabı qələbəsinin 37-ci ildönümü günü yürüşü Tehranla yanaşı, İran boyu mindən çox şəhər, şəhrestan, məntəqə və dörd mindən yuxarı kənddə keçirilib.