Fev 14, 2016 18:17 Asia/Baku
  • İranın qarşıdakı seçkilərində iştirak şəraitinə malik şəxslərin sayı elan olundu
    İranın qarşıdakı seçkilərində iştirak şəraitinə malik şəxslərin sayı elan olundu

İran İslam Respublikası Seçki Komissiyasının sədri bildirib ki, İran İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisinə 26 fevral seçkilərində 54 milyon 915 min 24 nəfər iştirak etmək şəraitinə malikdir.

IRIB-nin məlumatına görə, İran İslam Respublikası Seçki Komissiyasının sədri Məhəmməd Hüseyn Moqimi bazar günü müxbirlər qarşısında deyib: Rəhbərlik Xübreqanı Məclisinə seçkilər üçün 31 əsas və 1031 köməkçi seçki dairəsi, İran İslam Şurası Məclisinə seçkilər üçün də 207 əsas və 855 köməkçi seçki dairəsi nəzərdə tutulub.

İran İslam Respublikası Seçki Komissiyasının sədri söyləyib: Səs qutularının miqdarı icra heyətlərinin qərarrından sonra təyin olunacaq ki, bu miqdar İran İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin hər biri üçün 55-60 min qutu arasındadır.

İranın daxili işlər nazirinin siyasi müavini vurğulayıb: Səs formaları da hazırlanıb və müxtəlif ostanlara göndərilibdir.

Teqlər