Seçkilər: İran xalqının yekdilliyini təsvirə çəkmək üçün milli əzmkarlıq simvolu
-
Seçkilər: İran xalqının yekdilliyini təsvirə çəkmək üçün milli əzmkarlıq simvolu
İran İslam Şurası Məclisinə onuncu dövr seçkiləri namizədlərinin seçki təbliğatı cümə axşamı günü fevralın 18-dən bir həftə müddətinə başlanır.
İran İslam Şurası Məclisinə seçki qanununun 56-cı maddəsinə əsasən, nümayəndəliyə namizəd olan şəxslərin seçki təbliğatı birinci və ikinci mərhələdə səsvermə günündən səkkiz gün öncə başlanır və seçkilərin başlanmasından 24 saat öncəyədək davam edir.
İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sədri və daxili işlər nazirinin müavini Məhəmməd Hüseyn Moqiminin sözlərinə görə, İran İslam Şurası Məclisi nümayəndəliyinə daha 38 namizədin qoşulması ilə səlahiyyəti qəbul olunmuş namizədlərin yekun sayı 6229 nəfərə çatıb.
İran İslam Şurası Məclisinə onuncu və Rəhbərlik Xübreqanı Məclisinə beşinci dövr seçkiləri 2016-cı il fevralın 26-da eyni vaxtda keçirililəcək.
İran Daxili İşlər Nazirliyi qanunun icrası üzrə məsul orqandır və bütün məsul şəxslər qanunun tam icrasına, tərəfsizlik prinsipinə riayətə və seçkilərin sağlamlığının qorunmasına borcludurlar.