İranın Daxili İşlər Nazirliyi seçkilərə hazırdır
-
İranın Daxili İşlər Nazirliyi seçkilərə hazırdır
İranın daxili işlər naziri Əbdürrza Rəhmani bu nazirliyin İslam Şurası və Rəhbərlik Xobrəqan Məclisləri seçkilərinin keçirilməsi üçün tam hazır olduğunu bildirib.
Rəhmani Fəzli ötən gecə 1-ci telekanalın "Birinci baxış" proqramında 53 min səsvermə məntəqəsində 129 min qutunun yerləşdirildiyinə toxunaraq deyib: Bu seçkilərdə yarım milyondan çox seçki işçisi varımızdır.
Rəhmani Fəzli təbliğat-təşviqat kampaniyasının davam etdiyi bu dövrdə indiyə qədər heç bir qanun pozuntusunun baş vermədiyini və 25 fevrala qədər təbliğatın azad olduğunu bildirərək deyib: Təhlükəsizlik tam şəkildə bərqərardır, hüquq-mühafizə qüvvələri təhlükəsizliyin və qutuların müdafiəçisi kimi öz vəzifələrini yerinə yetirirlər.
Daxili işlər naziri sözlərinin digər bir hissəsində esfənd seçkiləri üçün xüsusi proqrama icra olunduğunu bildirib və deyib: Bu proqrama əsasən bütün şöbələrdə müfəttiş olacaq və bütün şöbələrdə icra hakiminin nümayəndəsi iştirak edəcək.
Rəhmani Fəzli əlavə edib: Bütün partiya və namizədlərin nümayəndələrinin səslərin sayılmasının sonuna qədər məkanda olmasına imkan veriləcək. Həmçinin səyyar qutulara diqqəti artırmışıq ki, vətəndaşlara arxayınlıq verək və davamlı şəkildə saxtakarlıq iddiasında olan düşmənlərin bəhanələrinin qarşısını alaq.
Rəhbərlik Xobrəqan və İslam Şurası Məclisləri seçkiləri cümə günü 26 fevralda keçiriləcək.