İran seçkilərin sonuna qədər sərhədlərə xüsusi nəzarət edir
-
İran seçkilərin sonuna qədər sərhədlərə xüsusi nəzarət edir
İranın hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı İslam Şurası və Rəhbərlik Xobrəqan Məclisləri seçkilərinin sonuna qədər sərhədlərdə xüsusi nəzarətlərin başlanmasından xəbər verib.
İRNA-nın məlumatına görə, İranın hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı general Qasim Rzayi bu gün deyib: İranın sərhəd qüvvələri İslam Şurası və Rəhbərlik Xobrəqan Məclisləri seçkilərindən bir neçə ay öncədən nəzarət tədbirlərini gücləndirərək İrana istənilən de-stabilliyin daxil olmasının qarşısını almağı öz gündəminə salmışdır.
İranın hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı xatırladıb: Dümənlər dəfələrlə İran seçkilərinə zərbə vurmaq, hətta onun keçirilməsinin qarşısını almaq ardınca olmuşlar. Allahın lütfü, İslam İnqilabının Böyük Rəhbərinin tədbirləri və ictimai və təhlükəsizlik təşkilatlarının hazırlığı və ayıqlığı nəticəsində öz məqsədlərinə nail ola bilməmişlər.
Rəhbərlik Xobrəqan Məclisinə 5-ci və İslam Şurası Məclisinə 10-cu çağırış seçkiləri 26 fevralda keçiriləcək.