Fev 26, 2016 12:18 Asia/Baku
  • Haşimi: Seçkilərdə geniş iştirak İranın etibarını yüksəltmək deməkdir
    Haşimi: Seçkilərdə geniş iştirak İranın etibarını yüksəltmək deməkdir

İran İslam Respublikası Məsləhət Şurasının sədri İran xalqının İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərdə geniş iştirakını dünya və region səviyyələrində İranın etibarını yüksəltmə amili adlandırıb.

IRIB-nin məlumatına görə, İran İslam Respublikası Məsləhət Şurasının sədri Ayətullah Haşimi-Rəfsəncani bu gün, cümə günü səhər, səsvermənin ilk saatında Tehranda Cəmaran hüseyniyyəsində olub, öz səsini qutuya salandan sonra deyib ki, İran xalqının seçkilərdə geniş iştirakı İranın etibarını yüksəltmək deməkdir.

Ayətullah Haşimi-Rəfsəncani əlavə edib ki, İran xalqının hər bir səsi İranın müqəddəratında təsirlidir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani də İslam Şurası Məclisinə onuncu və Rəhbərlik Xübreqanı Məclisinə beşinci dövr seçkilərinin ilk saatında öz səsini qutuya salaraq deyib: Hər nə qədər nümayəndələr səmərəli olarlarsa, İranın şəraiti və gələcəyini düzgün surətdə qura bilərlər.

Laricani əlavə edib: İranlılar üçün sevindirici haldır ki, öz müqərratlarına həssasdırlar, seçkilərdə diqqətəlayiq iştiraka malikdirlər və bu işrtirak məsələlərin həllində İranın qüdrəti və səmərəliliyini daha da artıracaqdır.

İranda İslam Şurası Məclisinə seçkilərin onuncu və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin beşinci dövrü bu gün, cümə günü səhər saat səkkizdə ölkə boyu 1063 əsas və 52 mindən yuxarı köməkçi seçki məntəqəsində başlanıb.

Teqlər