İran seçkiləri mühitində tam təhlükəsizlik və asayiş hökm sürür
-
İran seçkiləri mühitində tam təhlükəsizlik və asayiş hökm sürür
İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı İran seçkiləri mühitində tam təhlükəsizlik və asayişin hökm sürdüyünü bildirib.
IRIB-nin məlumatına görə, İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı general-mayor Hüseyn Əştəri cümə günü İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərlə bir vaxtda deyib: Bütün İran boyu seçkilərin başlandığı andan bəri heç bir təhlükəsizlik və ya nizam-intizam problemi mövcud olmayıbdır.
General-mayor Əştəri deyib: İran İslam Respublikasının 250 min polis qüvvəsi seçkilər sahəsindəki məsuliyyətə görə və Sepah, bəsic, ordu və təhlükəsizlik orqanları ilə anlaşmada seçkilərdə nizam-intizam və təhlükəsizliyin bərqərarı ilə məşğuldur.
İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı vurğualyıb ki, bu qüvvə ötən üç aydan bəri seçkilərin təhlükəsizliyinin bərqərarı sahələrini hazırlamaqla məşğul olub və səsvermə prosesinin sonunadək seçki məntəqələrində iştirak edəcək.