Tehran seçki dairəsi üzrə Rəhbərlik Xübrəqanı Məclisinə seçkilərin yekun nəticəsi
-
Tehran seçki dairəsi üzrə Rəhbərlik Xübrəqanı Məclisinə seçkilərin yekun nəticəsi
Rəhbərlik Xübrəqanı Məclisinə 5-ci çağırış seçkilərinin Tehran seçki dairəsi üzrə yekun nəticəsi elan edildi.
İRNA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin seçki qərargahı şənbə günü axşam saatlarında bir bəyanat yayaraq, bildirib: Rəhbərlik Xübrəqanı Məclisinə 5-ci çağırış seçkilərinin Tehran seçki dairəsi üzrə yekun nəticəsi, verilən səslərin hamısının sayılması prosesinin başa çatması ilə müəyyən olunub.
Bu məlumata görə, İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının sədri cənab Haşimi Rəfsəncani, İran İslam Respublikası prezidenti Həsən Ruhani və Tehranın müvəqqəti imam cüməsi Məhəmməd İmami Kaşani müvafiq olaraq ən çox səsləri toplayan tərəflər olublar.
Rəhbərlik Xübrəqanı Məclisinə 5-ci çağırış seçkilərində Tehran seçki dairəsi üzrə ən çox səs toplayanlar arasında 4-cü yerdən 16-cı yerə qədər olanların adları müvafiq olaraq belədir: Möhsün Qumi, Məhəmməd Əli Müvəhhidi, Qurbanəli Dəri Nəcəfabadi, Seyid Əbülfəzl Mir Məhəmmədi, Məhəmməd Məhəmmədi Nik, İbrahim Hac Amini Nəcəfabadi, Seyid Mahmud Ələvi, Əhməd Cənnəti, Nəsrullah Şahabadi, Məhəmməd Əli Təsxiri, Möhsün İsmaili, Məhəmməd Yəzdi və Məhəmməd Həsən Zali.
İslam Şurası Məclisinə 10-cu və Rəhbərlik Xübrəqanı Məclisinə 5-ci çağırış seçkiləri 26 fevralda keçirildi.
Bu iki seçkilərdə İslam Şurası Məclisi üçün 290 üzv, Rəhbərlik Xübrəqanı Məclisi üçün isə 88 üzv seçilmiş oldu.