İran xalqının alqışalayiq qəhrəmanlığı
-
İran xalqının alqışalayiq qəhrəmanlığı
İran İslam Respublikası prezidentinin müavini və İranın Atom Enerjisi Təşkilatının sədri İran xalqının İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə seçkilərdəki qəhrəmanlığını alqışalayiq adlandırıb.
İRNA-nın məlumatına görə, Əli Əkbər Salehi bazar günü Savcubulaq məntəqəsində yerləşən mədən məhsullarının emalı üzrə tədqiqat mərkəzində torpaq ünsürlərindən külçələrin istehsalına startın verilməsi mərasimində deyib: İran xalqının ötən cümə günü seçkilərdə yaratdığı vəziyyətin oxşarına inkişaf etməkdə olan heç bir ölkədə rast gəlmək mümkün deyil.
Salehi əlavə edib: Bu gün elmi nailiyyətlər iranlı gənclərin qələbəsi və uğur nişanəsidir.
İran prezidentinin müavini ölkənin aydın bir gələcəyə malik olması üçün bütün lazımi ünsürlərin bir araya gəldiyinə işarə edərək, deyib: İran aydın bir gələcəyə malikdir və İranın strateji mövqeyinin daha da möhkəmlənəcəyinə ümid edirik.
İranın Atom Enerjisi Təşkilatının sədri İran İslam İnqilabının dünyaya yeni fenomenlər təqdim etdiyini bildirib və deyib: İnqilabın müraciəti sadəcə mənəviyyat deyil. İnqilab dünya xalqlarına mühüm prinsiplər də təqdim edib. Belə ki, insan yaşamaq üçün dolanışığa ehtiyaclı olduğu kimi, feminizmdən də xilas olmalı və həyatda böyük bir məqsədə malik olmalıdır.