140 nəfər İslam Şurası Məclisi üçün 2-ci turda rəqabət aparacaq
İranın daxili işlər nazirinin əvəzi deyib: İslam Şurası Məclisinin 10-cu çağırış seçkilərinin 2-ci turunda 140 nəfər 70 yer uğrunda rəqabət aparacaq.
Hüseynəli Əmiri bazar ertəsi gecə 1-ci telekanalın 21:00 xəbər buraxılışında əlavə edib: Parlamentdə 290 yerdən 220 yerin vəziyyəti səslərlə müəyyənləşib və ehtimal üzrə aprel ayında keçiriləcək seçkilərin 2-ci turunda digər 70 mandat müəyyənləşəcək.
O deyib: 10-cu parlamentdə keçən 220 deputatdan 208-i kişi, 12-si isə qadındır.
İranın Daxili İşlər Nazirliyi vətəndaşların ötən çağırış seçkiləri ilə müqayisədə bu parlament seçkilərində sayının artmasına toxunaraq əlavə edib: 10-cu parlament seçkilərində 34 milyon nəfər iştirak edib. Bu da seçicilərin 4 milyon artımının olduğunu göstərir.
Əmiri deyib: Bu seçkilərdə vətəndaşların iştirakı 62% olmuşdur.
Rəhbərlik Xobrəqan Məclisinin 88 yerə malik olduğuna toxunan Əmiri əlavə edib: Bir vilayət istisna olmaqla ölkənin 30 vilayətinin seçilmişləri yekunlaşmış və elan olunmuşdur.