Rəhmani Fəzli: İran xalqının inqilaba bağlığı seçkilərdə geniş iştirakın müraciətidir
https://azeri.sahartv.ir/news/İran-i209728-rəhmani_fəzli_İran_xalqının_inqilaba_bağlığı_seçkilərdə_geniş_iştirakın_müraciətidir
İran İslam Respublikası daxili işlər naziri İran xalqının inqilaba bağlığı, İslam İnqilabının yolunu davam etdirmək və quruluşun məqsədlərini irəlilətmək üçün rəsmiləri dəstəkləməyi seçkilərdə irimiqyaslı iştirakın müraciətlərindən olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2016 07:58 Asia/Baku
  • Rəhmani Fəzli: İran xalqının inqilaba bağlığı seçkilərdə geniş iştirakın müraciətidir
    Rəhmani Fəzli: İran xalqının inqilaba bağlığı seçkilərdə geniş iştirakın müraciətidir

İran İslam Respublikası daxili işlər naziri İran xalqının inqilaba bağlığı, İslam İnqilabının yolunu davam etdirmək və quruluşun məqsədlərini irəlilətmək üçün rəsmiləri dəstəkləməyi seçkilərdə irimiqyaslı iştirakın müraciətlərindən olduğunu bildirib.

İRİB-in məlumatına görə, İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli ötən gecə Xəbər telekanalının "Bu gecənin titri" adlı proqramda xarici əlaqələr və daxili problemlər sahəsində İranın problemlərinin həlli üçün vəhdət, milli birlik və iradəni İran xalqının 26 fevral seçkilərindəki seçiminin digər müraciətlərindən adlandırıb və əlavə edib: Hamı bu seçkilərdə səhnəyə gəldi və heç kim öz vəzifəsində səhlənkarlıq etmədi.

Rəhmani Fəzli regional və beynəlxalq həssas şəraitə toxunaraq deyib: Bu seçkilərin tam qanuni, sağlam və şəffaf keçirilməsindən əlavə, onun təhlükəsizlik şəraiti çox münasib idi və İranın heç bir yerində təhlükəsizlik problemi yox idi.

İranın daxili işlər naziri həmçinin İranın gələcək parlamentini bütün cinahların iştirak etdiyi parlament adlandırıb və əlavə edib: İranın gələcək parlamenti yaxşı parlamentdir və hər biri tarazlıq amili ola bilər.

Rəhmani Fəzli həmçinin vətəndaşların seçkilərdə 62%-lik iştirakına toxunaraq vətəndaşların İslam Şurası və Rəhbərlik Xobrəqan məclisləri seçkilərindəki iştirakını təxminən bərabər adlandırıb və deyib: Parlament və Rəhbərlik Xobrəqan Məclislərinin bu dövr seçkiləri öncəki seçkilərlə müqayisədə daha əzəmətli idi.

İran İslam Şurası Məclisinə 10-cu və Rəhbərlik Xobrəqan Məclisinə 5-ci çağırış seçkiləri 26 fevralda keçirildi.