10-cu parlamentin 221 millət vəkili müəyyənləşib
https://azeri.sahartv.ir/news/İran-i209746-10_cu_parlamentin_221_millət_vəkili_müəyyənləşib
İranın Seçki Qərargahının rəhbəri 10-cu parlamentin 221 millət vəkilinin müəyyənləşdiyini bildirərək deyib: Qalan millət vəkili 138 nəfər arasından seçiləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2016 10:04 Asia/Baku
  • 10-cu parlamentin 221 millət vəkili müəyyənləşib
    10-cu parlamentin 221 millət vəkili müəyyənləşib

İranın Seçki Qərargahının rəhbəri 10-cu parlamentin 221 millət vəkilinin müəyyənləşdiyini bildirərək deyib: Qalan millət vəkili 138 nəfər arasından seçiləcək.

İranın Seçki Qərargahının sədri Məhəmməd Hüseyn Muqimi bildirib: Xalq və Dövləti Həmrəylik və Yekdillik adlandırıldığı 1394-cü günəş ili bu ilin 7 esfəndində (26 fevral) reallaşdı və seçkilərdə iştirak xalqın inqilabın ilk günündə olduğu kimi İmam və İnqilabın amalları və İnqilab Rəhbərinin bələdçiliklərinə tam şəkildə sadiq qaldığını əks etdirdi.

O deyib: Bu günə qədər 10-cu parlamentin 221 millət vəkili müəyyənləşib. Qalan 69 millət vəkili 138 nəfər arasından seçiləcək. 25 min hüquq-mühafizə və Sepah əməkdaşı təhlükəsizliyin bərqərar olunmasına kömək edib və 34 vertolyot və 4 gəmini Daxili İşlər Nazirliyinin ixtiyarına verilib. Ölkənin hər bir yerinə təhlükəsizlik hakim idi və buna görə Silahlı Qüvvələrin səyinə borcluyuq.

Muqimi qərb mediaları barəsində də deyib: Bütün yerli və xarici jurnalistlər xəbərləri yayımlamaqla və həmişə İranın səhnədə olan xalqının irimiqyaslı iştirakını kadrlara çəkməklə dünyaya əks etdirdilər ki, bu xalq öz rəhbərini tək qoymayacaq və hər bir fürsətdə imam və inqilabın amalları ilə əhdlərini təzələyirlər. İran İslam Respublikası quruluşunun qərbdəki bədxahları heç vaxt İran xalqının inqilab və milli səhnələrdə iştirakına sevinmirlər. Lakin qəbul etməlidirlər ki, bu xalq inqilabçı xalqdır və İslam İnqilabının bayrağını həmişə dalğalandıracaqdır.