İranın Milli Bankı və Fransanın Sosiyete Ceneral Bankı əməkdaşlıq edir
-
İranın Milli Bankı və Fransanın Sosiyete Ceneral Bankı əməkdaşlıq edir
İran və Fransa ikitərəfli bank əməkdaşlıqlarını genişləndirirlər.
İranın Milli Bankının ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, İranın Milli Bankının idarə heyətinin üzvü Qulamrıza Pənahi Fransanın Sosiyete Ceneral Bankının Yaxın Şərq üzrə regional müdiri ilə görüşdə İranın sərmayə qoyuluşu üzrə mövcud potensiallarına və Fransanın xarici ticarət sahəsindəki təcrübələrinə işarə edərək, iki ölkənin bank əməkdaşlıqlarını mühüm adlandırıb.
Fransanın Sosiyete Ceneral Bankının Yaxın Şərq üzrə regional müdiri Riçard Sondraci də Sosiyete Ceneralın İranın Mərkəzi Bankı ilə əlaqələrinin keçmişinə işarə edərək, bu əlaqələrin yenidən bərpa edilməsini istəyib.
R.Sondraci daha sonra əlaqələrin genişləndirilməsi üçün beynəlxalq standartlara əməl olunmasını istəyib.
2-ci İran - Avropa ticarət və bank əməkdaşlıqları konfransı Almaniya, Fransa, İngiltərə, İtaliya, Polşa və Rusiyadan gəlmiş 60 qonağın iştirakı ilə keçirilib.