Tehranın cümə namazı xütbələri
Tehranın cümə namazı xitabətçisi deyib: Xalqın həmişə səhnədə olması və İran İslam Respublikası Silahlı Qüvvələrinin hərbi qüdrəti İran torpağına hər cür təcavüz cürətini düşmənlərin əlindən alıbdır.
Tehranın cümə namazı xitabətçisi Ayətullah Məhəmməd İmami-Kaşani dünya qüdrətlərinin İranın raket sınağından nigaran olmalarına toxunaraq, vurğulayıb: Silahlı Qüvvələr, o sıradan dəniz qüvvələri İran İslam Respublikasının təhlükəsizliyinin təmini üçün əllərindən gələni əsirgəməyəcəklər.
Ayətullah Məhəmməd İmami-Kaşani İran İslam Respublikası quruluşunu bütün dünya ölkələri üçün bir meyar adlandırıb və belə deyib: Bir çox ölkə yalnız öz xalqı və ya digər xalqları istismar etmək, yaxud da müstəmləkədə saxlamaq ardıncadır, amma İranın islami hökuməti yalnız öz xalqının maraqları və hüquqlarının təmini ardıncadır.
Tehranın cümə namazı xitabətçisi region olayları və bəzi Yaxın Şərq ölkələrindəki toqquşmalara da toxunub və vurğulayıb ki, İran İslam Respublikası həmişə region problemləri və ixtilaflarının siyasi müzakirələr yolu ilə həllinə çalışır.