Mart 11, 2016 17:23 Asia/Baku
  • İraqçı: BMT TŞ-nin qətnamələrinin ləğvi xalqın iradəsinin nəticəsi idi
    İraqçı: BMT TŞ-nin qətnamələrinin ləğvi xalqın iradəsinin nəticəsi idi

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini BMT Təhlükəsizlik Şurasının İrana qarşı yeddi icbarilik gətirən qətnaməsinin ləğvini İran xalqının iradəsi və müqavimətinin nəticəsi adlandırıb.

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Abbas İraqçı cümə günü İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərində müəllimlər və məktəblilərin konfransında deyib: İran xalqının müqaviməti və nüvə müzakirələrində nüvə haqqına israr nəticəsində BMT Təhlükəsizlik Şurasının üzvləri nəhayət, hamısı icbarilik gərtirən yeddinci fəsil qətnamələrinin kənara qoyulmasını qəbul etdilər.

İraqçı bildirb ki, Təhlükəsizlik Şurası və altılıq ölkələri əslində İran xalqının iradəsinə təslim oldular. O, əlavə edib: Onlar qəbul etdilər ki, İran zənginləşdirməni davam etdirsin və Ərak Ağır Su Reaktoru və "Fordo" yerində qalsın; məhz belə oldu ki, onların nəzərincə qadağan sayılan İranın nüvə fəaliyyətləri qanuni oldu.

İran xarici işlər nazirinin müavini söyləyib: Böyük ölkələr əgər İranın nüvə təsisatlarını aradan görürə bilsəydilər, müzakirə etməzdilər və onlar məhz İranın hərbi qüdrətinə görə müzakirəyə məcbur oldular.

Teqlər