Mart 15, 2016 20:19 Asia/Baku
  • Laricani: İran həmişə Suriya xalqına dayaq olub
    Laricani: İran həmişə Suriya xalqına dayaq olub

İran parlamentinin sədri Suriyanın xarici işlər naziri əvəzi ilə görüşdə Suriyadakı həssas şəraitə toxunaraq, deyib ki, Suriya xalqı müqavimətli bir xalqdır ki, müqavimətlə böhranlı və həssas şəraiti arxada qoya bilibdir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə axşamı günü Suriyanın xarici işlər naziri əvəzi- Feysəl Miqdad ilə görüşdə deyib: Suriya xalqı üçün gələcək yol aydındır və biz ümid edirik ki, müqavimət cəbhəsi Suriya xalqının kənarında tez bir zamanda dinclik və təhlükəsizliyə nail olacaq və əmin olsun ki, İran İslam Respublikası həmişə ona dayaq olacaqdır.

O, əlavə edib: Suriya xalqı müqavimətli bir xalqdır ki, müqavimətlə böhranlı və həssas şəraiti arxada qoya bilibdir.

Bu görüşdə həmçinin Feysəl Miqdad deyib: İranda demokratik seçkilərin keçirilməsinə görə, siz İran xalqını təbrik edirik və ümid edirik ki, yeni məclisin təşkili keçmişdəki kimi İran xalqı üçün xeyir və bərəkət mənşəyi olacaq.

O, Suriyada atəşkəsin bərqərarına işarə edərək, deyib: Ümid edirik ki, bu atəşkəs Suriyada sülh və asayişin bərqərarı mənşəyi olacaq və qarşıda duran seçkilərə əsasən, Suriya xalqı tam asayişdə öz ölkəsinin müqəddəratının təyinində iştirak edəcək.

Teqlər