Ruhani: Dünya radikallara mənfi cavab verdi
https://azeri.sahartv.ir/news/İran-i211309-ruhani_dünya_radikallara_mənfi_cavab_verdi
İran İslam Respublikası prezidenti İranın raket sınağını yaraşmaz şəkildə BMT və Təhlükəsizlik Şurasına aparan və məyus şəkildə geri qayıdanlar, radikallar və avantüristlərə naümid olmasından razılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2016 13:03 Asia/Baku
  • 
Ruhani: Dünya radikallara mənfi cavab verdi
    Ruhani: Dünya radikallara mənfi cavab verdi

İran İslam Respublikası prezidenti İranın raket sınağını yaraşmaz şəkildə BMT və Təhlükəsizlik Şurasına aparan və məyus şəkildə geri qayıdanlar, radikallar və avantüristlərə naümid olmasından razılıq edib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə deyib: Dünya radikallara və avantüristlərə mənfi cavab verdi və bildirdi ki, İranın fəaliyyəti yalnız ölkəni müdafiə və qorumaq üçündür.

Ruhani bildirib: İran heç bir ölkəyə, xüsusilə də qonşulara təcavüz etmək məqsədini güdməyib və güdmür. Və İslam Respublikasının silahları yalnız ölkəni müdafiə üçündür.

İran xalqının gərginlik və ifratdan uzaq olduğunu bəyan edən Prezident Həsən Ruhani ümidvarlıq edib ki, İran xalqının köməyi ilə həttə regionda sülh, stabillik və təhlükəsizlik bərqərar olacaq və normativdən çıxan və zorakılığa üz tutan bir-iki ölkə düzgün yola qayıdacaqdır.