İranın raket sınağı Təhlükəsizlik Şurasının qətnaməsi ilə uyğundur
https://azeri.sahartv.ir/news/İran-i211426-İranın_raket_sınağı_təhlükəsizlik_Şurasının_qətnaməsi_ilə_uyğundur
Amerikanın bir jurnalı İranın raket sınağının BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə uyğun olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2016 12:20 Asia/Baku
  • İranın raket sınağı Təhlükəsizlik Şurasının qətnaməsi ilə uyğundur
    İranın raket sınağı Təhlükəsizlik Şurasının qətnaməsi ilə uyğundur

Amerikanın bir jurnalı İranın raket sınağının BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə uyğun olduğunu bildirib.

Amerikanın Foreign Policy jurnalı çərşənbə günü bir məqalədə İranın raket sınağının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğunu hesab edən bəzi Amerika rəsmilrəinin açıqlamasına toxunaraq bildirib: Bu qətnamə İrandan nüvə silahları daşımaq imkanına malik olmaqla dizaynlaşdırılan ballistik raketlərlə əlaqədar heç bir fəaliyyət göstərməməsini istəyir və İranın son raket sınağı bu beynəlxalq sənədi pozmur.

Foreign Policy yazıb: 2231 saylı qətnamə Təhlükəsizlik Şurasının tələbini təhlükəyə atmadan orta və uzaq mənzilli raketlərin istehsalına imkan yaratdı.

İslam İnqilabının Keşikçilər Korpusu Sepah ötən həftə Vilayət İqtidarı raket təlimini keçirdi və bu hərbi təlimlərdə uzaq mənzilli bir neçə ballistik raket öncədən təyin olunmuş məqsədlərə atıldı.