Mart 17, 2016 20:11 Asia/Baku
  • İran Nigeriyada terror aktını qınadı
    İran Nigeriyada terror aktını qınadı

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nigeriyada bir məscidə edilən hücumu qınadı.

İRNA bildirib ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari Nigeriyanın şimalında Borno əyalətinin mərkəzi olan Maydoqoro şəhərində bir məscidə edilən terror hücumunu qınayaraq, terrorizm ilə mübarizə üzrə hərtərəfli addımların atılmasını istəyib.

Cabiri Ənsari bu terror aktı qurbanlarının ailələrinə basşağlığı verib və deyib: Dünyanın müxtəlif nöqtələrində bu kimi cinayətlərin təkrarlanması terrorizm və ifratçılığa qarşı hərtərəfli və ciddi addımların atılmasını zəruri edib.

Çərşənbə günü Maydoqoro məscidində baş verən partlayışlar zamanı 22 nəfər həlak olub, çoxlu sayda insan da yaralanıb. Bu terror aktının məsuliyyətini Boko Haram öz üzərinə götürüb.

Teqlər