İran prezidenti: İŞİD-dən neft alışı dayandırılmalıdır
-
İran prezidenti: İŞİD-dən neft alışı dayandırılmalıdır
İran İslam Respublikası prezidenti Pakistana olan səfərinin sonunda bir mətbuat konfransında deyib: Artıq, İrandan uzanan qaz boru kəməri Pakistan sərhədlərinə qədər gəlib çatıb və bu boru kəmərinin yerdə qalan hissəsi Pakistan ərazisində təkmilləşdirilməlidir.
İran prezidenti liman, gömrük, gəmiçilik, dəmir yolları və şose yolları əməkdaşlıqlarının, mədəni əlaqələrin, Pakistanda fars dilinin tədris ediməsinin və elmi əməkdaşlıqların genişləndirilməsinin əhəmiyyətinə təkid edərək, deyib: Tehran və İslamabad əlaqələrinin geişləndirilməsi hər iki ölkə xalqının, regionun və dünyanın xeyrinə olacaq.
Həsən Ruhani mətbuat konfransının davamında İran qazını Pakistana nəql edəcək qaz boru kəməri layihəsinin nə zaman başa çatacağı barədə verilən sualın cavabında deyib: İran qazının Pakistana nəql edilməsi məsələsində İran malik olduğu çətinliklərə rəğmən öz öhdəliklərinə əməl edib və Pakistan da öz öhdəliklərinə əməl etməli və bu boru kəməri layihəsinin öz ölkəsi ərazisində olan hissəsini təkmilləşdirməlidir. Belə olarsa, qarşıdan gələn bir neçə ay ərzində Pakistanın ehtiyac duyduğu miqdarda mavi yanacağı bu ölkəyə nəql etməyə qadir olacağıq. Çünki, bu boru kəməri artıq Sistan və Bəluçestan əyalətinə qədər çəkilib və Pakistan rəsmiləri boru kəmərinin qalan hissəsini təkmilləşdirməlidirlər.
Cənab Ruhani həmçinin, İranın Çabəhar limanı ilə Pakistanın Qvader limanı arasında sağlam və təkmilləşdirici bir rəqabətin olduğunu vurğulayıb və deyib: Əgər bu iki liman bir-birinə birləşmiş olarsa, bütün Şərqi Asiya ölkələri o cümlədən Çin yaranmış fürsətdən istifadə edə biləcək. Əgər Çinin dəmir yolu şəbəkəsi Pakistan və İrana birləşdirilmiş olarsa, Uzaq Şərq ilə Orta Şərq arasında dəmir yolu əlaqəsi yaranmış olacaq. Və bu dəmir yolunun İran vasitəsi ilə Rusiyaya birləşdirilməsi ilə Asiyanın Avropaya çıxışı daha da asanlaşmış olacaq.
İran prezidenti regional məsələlərin hərbi həll yoluna malik olmadığını da vurğulayıb: "Nüvə anlaşması bu problemlərin həlli üçün bir nümunə ola bilər və regionun digər məsələlərini də bu yolla həll etmək mümkündür".
Həsən Ruhani daha sonra İŞİD-dən neft alışının dayandırılmasını istəyib və deyib: Atəşkəsdən sonra bütün tərəflər Suriyada sülhün bərqərar edilməsi, danışıqların aparılması və seçkilərin keçirilməsi prosesində əməkdaşlıq etməlidir.
İran prezidenti həmçinin, İran və Pakistanın Şərq-Qərb dəhlizinin təsis edilməsində yaxından əməkdaşlıq etməsinə də təkid edib.