Mart 27, 2016 13:20 Asia/Baku
  • İran xarici işlər naziri raket potensialının gücləndirilməsinə təkid etdi
    İran xarici işlər naziri raket potensialının gücləndirilməsinə təkid etdi

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: ABŞ-ın İranın raket proqramı ilə bağlı rəftarlarına öz raket potensialımızı daha da artırmaqla cavab verəcəyik.

İran prezidenti Həsən Ruhani ilə birlikdə Pakistana səfər edən xarici işlər naziri Məhəmməd Cavad Zərif Vaşinqtonun İranın raket proqramlarına qarşı son sanksiyalarına reaksiya olaraq, İranın raket potensialının mümkün olduğu qədər gücləndirilməsinə təkid edib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif İranın öz raket proqramı üçün heç bir məhdudiyyət tanımadığını vurğulayıb və deyib: Raket proqramının nüvə silahları ilə heç bir bağlılığı yoxdur.

İranın xarici işlər naziri əlavə edib: İran prezidentinin müdafiə naziirinə göstərişi əsasında İranın raket potensialı daha da gücləndiriləcək.

Qərb mediaları və siyasi dairələri İranın ballistik raket proqramını region xüsusi ilə də Amerikanın müttəfiqləri üçün təhdid adlandırırlar.

ABŞ rəsmiləri bildirirlər ki, İranın ballistik raketlərindən doğan təhlükənin qarşısını almaq üçün Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrində raket əleyhinə müdafiə sistemləri quraşdırılmalı və bu ölkələrə silah satışı ilə bu ölkələrin hərbi-müdafiə patensialı gücləndirilməlidir.

Statistik məlumtlara görə, İranın raket proqramları barədə qalmaqal yaradan tərəflər 2015-ci ildə regon ölkələrinə dəyəri 100 milyard dollardan çox olan silah satıblar.

İraqın İrana qəbul etdirdiyi müharibə dövründə Səddam rejimi şərq və qərb dövlətlərinin hədiyyə etdikləri raketlər və silahlar ilə İranı hədəfə aldığı zaman, bu gün İranın raket potensialından nigaranlıq edən ölkələr Səddam rejimini himayə edir və onu silahlandırırdılar.

Aydın olan bir məsələ var, İran daim preventivlik siyasəti çərçivəsində öz müdafiə potensialını artıramqla məşğuldur və İran heç bir vaxt heç bir müharibənin başlayan tərəfi olmayıb. Amma, İran İslam Respublikası təhdidlərin davam etməsini nəzərə alaraq, öz müdafiə doktrinasını preventivlik və önləyicilik üzərində qurubdur.

Teqlər