Mart 28, 2016 09:55 Asia/Baku
  • Əmir Abdullahiyan: İran terrorizm ilə mübarizəni himayə edir
    Əmir Abdullahiyan: İran terrorizm ilə mübarizəni himayə edir

İran xarici işlər nazirinin müavini İran İslam Respublikasının region ölkələrində terrorizm ilə mübarizəni himayə etdiyini vurğulayıb.

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan bazar günü əl-Aləm kanalı ilə müsahibədə, Suriya ordusunun tarixi Palmira şəhərini azad etməsi münasibəti ilə Suriya xalqı və dövlətini təbrik edib və deyib: İran İslam Respublikası Suriya, İraq və terrorizm təhlükəsi ilə üz-üzə olan digər ölkələrdə terrorizm əleyhinə mübarizəni himayə edir.

İran xarici işlər nazirinin müavini əlavə edib: Suriya terrorizm ilə mübarizə yolunda qətiyyətlə addımlayır və terrorçular məntəqənin gələcəyində heç bir yerə malik deyillər.

Əmir Abdullahiyan terrorizm ilə mübarizədə kollektiv, regional və beynəlxalq tədbirlərin görülməsini vacib adlandırıb və deyib: Bütün dünya bu nəhs fenomenin böyüməsindən zərər çəkəcək.

İran xarici işlər nazirinin müavini Yəmən olaylarına da işarə edib və deyib: Ölkələr Yəmənin terrorizmin inkişaf etməsi və yenidən baş qaldırması üçün münasib məkana çevrilməsinə icazə verməməlidirlər.

Suriya silahlı qüvvələri baş qərargahı bazar günü səhər tarixi Palmira şəhərinin tam nəzarət altına alındığını elan edərək, bu qələbənin İŞİD terror qruplaşmasının məğlubiyyəti və məhvinin başlanğıcı adlandırıb.

Teqlər