İran ilə Avstriya arasında iqtisadi əməkdaşlıq memorandumu imzalanıb
İran və Avstriyanın ticarət palataları avtomobil, polad, dərman sahələri və mühəndislik bölmələrində səkkiz əməkdaşlıq sənədi imzalayıblar.
IRNA-nın məlumatına görə, cümə axşamı günü İranın ticarət palatasının sədri Mohsen Cəlalpur ilə Avstriyanın ticarət palatasının sədri Kristof Laytelin iştirakı ilə Vyanada keçirilən iki ölkənin özəl sektorları şirkətlərinin iclasında tərəflər arasında iki milyard dollardan yuxarı dəyərə malik iqtisadi əməkdaşlıq memorandumu imzalanıb.
İranın ticarət palatasının sədri həmkarlıq sənədlərinin imzalanmasından sonra iranlı və avstriyalı tacirlər qarşısında deyib: Avstriya İraq müharibəsində sanksiyaları dəstəkləmədi və son sanksiyalarda da ən az paya malik idi.
O, sonra deyib: Avstriyanın siyasi yeri və İranla əlaqəsi milyardlarla avro müqaviləyə çevrilə bilər.
İranın ticarət palatasının sədri əlavə edib: Tehran avstriyalı tərəflə həmkarlıqların genişlənməsini istəyir və bununla bağlı, İran və Avstriya bankları arasında ixracata zəmanət sığortası müqaviləsi də imzalanacaqdır.