İraqçı: Raket məsələsində nə müzakirə edirik, nə də anlaşma
-
İraqçı: Raket məsələsində nə müzakirə edirik, nə də anlaşma
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: Raket fəaliyyətləri məsələsi İranın milli təhlükəsizliyi və müdafiə məsələsidir və İslam Respublikası onun barəsində kimsə ilə müzakirə etmir.
İSNA-nın məlumatına görə, İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini və İranın nüvə müzakirə heyətinin yüksək səviyyəli üzvü Seyid Abbas İraqçı şənbə gecə İranın 2-ci telekanalının xüsusi xəbər dialoqu verilişində əlavə edib: Sanksiyalar məsələsində, bir sıra sanksiyaların ləğvi texniki cəhətdən zamana ehtiyaclıdır. Digər tərəfdən bu barədə bir sıra ilkin və ikinci sanksiyaların müdaxilələri vardır və bu sahədə məsələlərdən biri amerikalıların əməkdaşlıq etməməsidir.
İran xarici işlər nazirinin müavini İran və 5+1 qrupuna üzv bəzi ölkələr, o cümlədən Amerika arasında olan etimadsızlığa toxunaraq bildirib: Bunların heç biri Əhatəli Müştərək Təşəbbüs Proqramının pozulması mənasında deyildir. Lakin söylənildiyi kimi, bir sıra problemlər vardır ki, İranın iqtisadi atmosferini sanksiyalardan öncəki dövrə qaytara bilsin.
Əhatəli Müştərək Təşəbbüs Proqramından sonra, mövcud nigaranlıqlardan birinin nüvə anlaşması ilə İran İslam Respublikasının raket fəaliyyətləri arasında əlaqənin olub-olmaması olduğunu bəyan edən İraqçının sözlərinə görə, İslam Respublikası nüvə anlaşmasının icrasından öncə İmad raketini sınaqdan keçirdi və amerikalılar və avropalılar açıq aşkar bildirdilər ki, Əhatəli Müştərək Təşəbbüs Proqramı pozulmamışdır.
İran xarici işlər nazirinin müavini Amerika və bəzi Avropa ölkələrinin İranın son raket sınağı barəsindəki iddialarına toxunaraq deyib: Onlar bu barədə Təhlükəsizlik Şurasında iki iclas keçirdilər. Lakin nəticəyə çatmadılar və bu barədə İran əleyhinə bəyanat belə verə bilmədilər.