Apr 12, 2016 13:43 Asia/Baku
  • İraqçı: İran həmrəylik istəyir
    İraqçı: İran həmrəylik istəyir

İran xarici işlər nazirinin müavini deyib: İran İslam Respublikası İslam ölkələri arasında birlik və həmrəyliyin habelə, müsəlmanların birliyini pozmağa yönəlmiş hərəkətlərlə qarşı mübarizənin gücləndirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının möhkəmləndirilməsini istəyir.

Abbas İraqçı İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən ekspertlər iclasının başa çatmasından sonra İRNA-ya verdiyi müsahibədə deyib: İƏT-in başlıca hədəfi sionist rejim ilə mübarizə aparmaq və Fələstini himayə etməkdir.

İraqçı əlavə edib: İsrail rejimi ilə mübarizə aparmaq və fələstinlilərin hüquqlarını müdafiə etmək İƏT-in iş gündəminin öncəliyi olmalıdır və bu məsələnin ikinci plana keçməsinə icazə vermək olmaz.

A.İraqçı daha sonra deyib: Təəssüflər olsun ki, bəzi üzv ölkələr öz ikitərəfli münasibətlərini İƏT səviyyəsində gündəmə gətirirlər ki, bu da İslam ölkələri arasında birlik və həmrəyliyə zidd bir hərəkətdir və bu yolverilməzdir.

Teqlər