İraqçı: İran və Ərəbistan rəsmilərinin Türkiyədə görüşməsi xəbəri əsassızdır
https://azeri.sahartv.ir/news/İran-i215110-İraqçı_İran_və_Ərəbistan_rəsmilərinin_türkiyədə_görüşməsi_xəbəri_əsassızdır
İran xarici işlər nazirinin müavini bəzi mənbələrin İran prezidenti ilə Ərəbistan rəsmilərinin İstanbulda görüşmələri barədə yaydıqları xəbərləri təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2016 05:23 Asia/Baku
  • İraqçı: İran və Ərəbistan rəsmilərinin Türkiyədə görüşməsi xəbəri əsassızdır

İran xarici işlər nazirinin müavini bəzi mənbələrin İran prezidenti ilə Ərəbistan rəsmilərinin İstanbulda görüşmələri barədə yaydıqları xəbərləri təkzib edib.

İRİB-nin verdiyi məlumata görə, Abbas İraqçı cümə axşamı deyib: İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı sammitinin kənarında İran prezidenti ilə Ərəbistan rəsmiləri arasında heç bir görüş baş tutmayıb və belə bir görüşün baş tutması da qərara alınmayıb.

CNN Türk cümə axşamı iddia edib ki, İran prezidenti İstanbulda Ərəbistan kralı Salman və onu müşayiət edən heyət ilə görüşüb.