Apr 19, 2016 19:45 Asia/Baku
  • Güclü həmrəyliklə Qərbin namərdcəsinə rəftarlarının qarşısını ala bilərik
    Güclü həmrəyliklə Qərbin namərdcəsinə rəftarlarının qarşısını ala bilərik

İran İslam Şurası Məclisinin sədri Əli Laricani Moskvada keçirilən iclasda Avrasiya parlamentləri sədrlərinin qarşısında deyib: Bu orqan fəal və canlı olmalıdır. Əgər güclü həmrəyliyə malik olmuş olsaq, Qərbin namərdcəsinə rəftarlarının qarşısını ala bilərik.

O, Amerikanın Sovet İttifaqının dağılmasından sonrakı birtərəflilik gedişinə və uğursuz iki və bir qütblü dünya təcrübəsinə toxunaraq, deyib ki, həmkarlıq regional rəqabətlərin yerini tutmalıdır.

İran İslam Şurası Məclisinin sədri amerikalıların beynəlxalq bir problem olduğunu bildirərək, vurğulayıb: Onlar istinadgah ola bilməzlər və beynəlxalq idarəçilik nəzəriyyəsi inkişaf edə bilməyibdir.

İran İslam Şurası Məclisinin sədri sonra Avrasiyanın yüksək imkanlarına toxunaraq, deyib: Çoxlu miqdarda enerji, yaxşı əlaqələr, coğrafiya, texnologiyanın səmərəli olması bu imkanların bir hissəsidir. Avrasiya nəzəriyyəsi yeni bir hərəkətə çevrilə bilər.

Avrasiya parlament iclası on doqquz ölkənin parlament sədrlərinin iştirakı ilə Rusiyanın paytaxtında bu ölkənin prezidenti Vladimir Putin və BMT-nin baş katibi Ban Ki Munun müraciətləri ilə keçirilib.

İran İslam Şurası Məclisinin sədri bu iclasın kənarında Avrasiya ölkələrinin parlament sədrləri ilə görüşübdür.

Teqlər