İraqçı Amerikanın siyasətləri ilə mübarizənin davam etdirilməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/İran-i216208-İraqçı_amerikanın_siyasətləri_ilə_mübarizənin_davam_etdirilməsini_vurğulayıb
İran xarci işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini İranın Amerikanın hegemonçuluq siyasətləri ilə mübarizəsinin davam etdirilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2016 06:47 Asia/Baku
  • Seyid Abbas İraqçı
    Seyid Abbas İraqçı

İran xarci işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini İranın Amerikanın hegemonçuluq siyasətləri ilə mübarizəsinin davam etdirilməsini vurğulayıb.

İran xarci işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı bazar günü gecə bir telemüsahibədə bildirib ki, nüvə anlaşması İran-Amerika əlaqələrinin mahiyyətini dəyişməyəcək. O, deyib: İran İslam Respublikasının Amerikanın hegemonçuluq siyasətləri ilə mübarizəsi davam edir və amerikalılar da öz düşmənçiliklərini davam etdirəcəklər.

İraqçı söyləyib: İslam İnqilabının qələbəsindən sonra İranın iqtisadi hədəflərindən biri bu olubdur ki, özünü dollardan asılılıqdan xilas etsin və dollarsız iqtisadiyyatın əsasını qoysun.

İran xarci işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: Digər ölkələrin İranla əlaqələrdə dollardan kənar valyutalardan isrtifadə etmələri mümkün olan işdir və bütün tərəflərin xeyrinədir.