Apr 25, 2016 20:25 Asia/Baku
  • 
Makedoniyanın xarici işlər nazirinin Ruhani ilə görüşü
    Makedoniyanın xarici işlər nazirinin Ruhani ilə görüşü

İran prezidenti İranın özünün terrorizmlə mübarizədəki təcrübələrini digər ölkələrə köçürməyə hazır olduğunu bildirib.

İran prezidenti Həsən Ruhani Tehranda Makedoniyanın xarici işlər naziri Nikola Popovski ilə görüşdə deyib: İran terrorizmlə mübarizə sahəsində dəyərli təcrübələr malikdir və bu təcrübələri digər ölkələrin, o sıradan Makedoniyanın ixtiyarına qoya bilər.

Ruhani beynəlxalq terrorizm təhlükəsini bəyan edərək, deyib: Gəncləri virtual mühit xüsusiyyət təşkil etmklə ifratçı təfəkkürlər qarşısında vaksina etmək zəruridir, zira bəziləri çalışırlar ki, İslam və müsəlmanlarla heç bir əlaqəsi olmayan yanlış təfəkkürləri İslama aid etməklə gəncləri terrorizm və ifratçı hərəkətlərə tərəf çəksinlər.

İran prezidenti həmçinin Tehran-Skopye əlaqələri barədə vurğulayıb ki, qarşılıqlı əhatəli əlaqələrin genişlənməsi yolunda heç bir maneə mövcud deyil.

Makedoniyanın xarici işlər naziri Nikola Popovski də bu görüşdə deyib: Skopye Tehranla hərtərəfli əlaqələri genişləndirmək əzmindədir və iki ölkə həmkarlıqlarının sürətli inkişafı üçün zəmini hazır bilir.

Popovski terrorizmlə ümumi mübarizə vacibliyini vurğulayaraq, əlavə edib: Təəssüflər olsun ki, Avropa uzun müddət bu problemdən qəflətə qapılıb və dünya ictimaiyyəti üçün müştərək nigarançılıq yaratmış bu fenomenlə mübarizə bütün ölkələrin səyi və koordinasiyasına ehtiyaclıdır.

Teqlər